12 Fevral 2025, 17:46
Sosial sığorta ödəmələri 11,6 faiz artıb
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artaraq 321,0 milyon manatdan çox olub.
Sosial sığorta ödəmələri 11,6 faiz artıb şəkil
Sosial sığorta ödəmələri 11,6 faiz artıb

2025-ci ilin yanvar ayında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 443,4 milyon manatdan çox olub.

Operativ Media xəbər verir ki, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz və ya 46,1 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artaraq 321,0 milyon manatdan çox olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 faiz artaraq 16,0 milyon manata olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,9 faiz artıb və 13,0 milyon manatdan çox təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq 79,3 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,1 faiz artıb və 61 milyon manata yaxın təşkil edib.

Son xəbərlər
BDYP-dən sürücülərə duman və yağıntı xəbərdarlığı
ADY: Qatarlarda 100 faizə yaxın doluluq qeydə alınıb
Şoyqu: Ermənistan Aİ-yə daxil olarsa, bir çox imtiyazlarını itirəcək
Macarıstan Aİ-nin Ukrayna üzrə sammitinin yekun sənədini yenidən bloklayıb
Ərdoğan və Tramp arasında telefon danışışığı olub
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
Türkiyəli məşhur rejissor vəfat edib
Azərbaycan və Özbəkistan Prezidentləri arasında telefon danışığı olub