Menyu

Ötən ay Avropaya nə qədər qaz ixrac olunub?

Nərmin Qocamanlı
Ötən ay Avropaya nə qədər qaz ixrac olunub?
1 dəq oxu

Ötən ay Avropaya ixrac olunan qazın həcmi açıqlanıb.

Bu ilin yanvar ayında Azərbaycanda 3,9 mlrd. kubmetr qaz hasil edilib, bunun da 2 mlrd. kubmetri ixrac olunub.

Operativ Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X”də bildirib.

“Yanvar ayında təxminən Avropaya 1 mlrd. kubmetr, Türkiyəyə 0,7 mlrd. kubmetr, Gürcüstana isə 0,3 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0,5 mlrd. kubmetr qaz nəql edilib”, - paylaşımda qeyd olunub.

 

Əlaqəli Xəbərlər