Menyu

DYP gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Nərmin Qocamanlı
DYP gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Operativ Media xəbər verir ki, müraciətdə deyilir:

"Sinoptiklərin məlumatına əsasən, fevralın 14-də Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə yağış yağacağı, dağlıq rayonlarda yolların buz bağlaması gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək onları yağışlı havalarda sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, qəfil manevr və kəskin tormazlama etməkdən çəkinməyə, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa çağırır.

Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan mövsümə uyğun təchiz edilməyən, xüsusilə şinləri qış mövsümünə uyğun olmayan, eləcə də texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərlə həmin bölgələrə səfərlərin mümkün qədər təxirə salınması, təcrübəsiz sürücülərin buzlu yollarda avtomobil idarə etməkdən çəkinməsi tövsiyə olunur".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər