2024-cü il ərzində Azərbaycanda 91,7 min yeni iş yeri açılıb ki, bu da əvvəlki illə müqayisədə 11,42 faiz çoxdur.
Operativ Media Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu dövrdə yaradılmış iş yerlərinin 91,6 faizi özəl sektorda açılıb.
Yeni açılmış iş yerlərinin 75,2 faizi Bakı şəhərinin, 24,8 faizi isə regionların payına düşür.