Menyu

Ötən il aqrar sektor üzrə subsidiya ödənişləri 3 faizədək artıb

Ötən il aqrar sektor üzrə subsidiya ödənişləri 3 faizədək artıb

2024-cü il ərzində aqrar sektor üzrə subsidiyaların ödənilməsi üçün 362,5 milyon manat vəsait sərf olunub.

Operativ Media Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına əsasən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq göstəricisini 2,9 faiz və ya 10,1 milyon manat üstələyir.

Hesabat ilində əkin subsidiyası üzrə 268,8 milyon manat, pambıq satışına görə 57,7 milyon manat, ərzaqlıq buğda satışına görə 11 milyon manat, süni mayalanma yolu ilə alınmış hər buzova görə 10,3 milyon manat, sertifikatlı toxum və tinglərin satışına görə 5,6 milyon manat, təkrar əkinlərə görə 5,1 milyon manat, tütün satışına görə 1,46 milyon manat, barama satışına görə 1,37 milyon manat, şəkər çuğunduru satışına görə isə 918,4 min manat vəsait ödənilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər