Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2025-ci ilin birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri hərbi hissələrdən birini ziyarət ediblər.
Operativ Media Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatlarına istinadən xəbər verir ki, Nümayəndələr hərbi hissədə şəxsi heyətin təminatı və məişət şəraiti ilə tanış olublar.
Görüş zamanı hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.