Menyu

HDQ-nin Dəniz piyada bölmələri ilə təlim keçirilib

Nərmin Qocamanlı
HDQ-nin Dəniz piyada bölmələri ilə təlim keçirilib

Plana əsasən icra olunacaq fəaliyyətlər dəqiqləşdirildikdən sonra bölmələr şərti düşmən pusqusuna qarşı fəaliyyəti yerinə yetiriblər.

Baş Prokurorluğun mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, mobil qruplar əlverişsiz hava şəraitində, meşəlik və dağlıq ərazilərdə vaxt normativinə uyğun təyin olunan istiqamətdə irəliləyib və pusqunu dəf edib. Həmçinin yaralılara ilkin tibbi yardım və təxliyə tapşırıqları uğurla icra edilib.

Ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarında qazanılmış təcrübənin tətbiq edildiyi, eləcə də şəxsi heyətin dözümlülük və praktiki vərdişlərinin artırılması məqsədilə yerinə yetirilən təlimdə verilən tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib, qarşıya qoyulmuş məqsədlərə tam nail olunub

Teqlər:

"HDQ-nin D\u0259niz piyada b\u00f6lm\u0259l\u0259ri il\u0259 t\u0259lim ke\u00e7irilib"

Əlaqəli Xəbərlər