Ana səhifə / İqtisadiyyat / Tikinti materiallarının istehsalı artıb Tikinti materiallarının istehsalı artıb 21.02.2025, 12:28 Bu ilin yanvar ayında ölkədə 106,1 milyon manat dəyərində tikinti materialları istehsal olunub. Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çoxdur. Tikinti materiallarının istehsalı üzrə göstəricilər: Sement – 328,8 min ton (+30,7 faiz) Sement klinkerləri – 347,8 min kubmetr (+0,6 faiz) Sementdən, betondan kərpiclər və oxşar məmulatlar – 11,9 min ton (+35,2 faiz) Beton – 355,4 min ton (+5,1 faiz) Betondan yığma tikinti konstruksiyaları – 3,8 min kubmetr (+40,7 faiz) Tikinti kərpicləri – 57,6 min kubmetr (+41,9 faiz) Tikinti gipsi – 6,7 min ton (+45,7 faiz) Asfalt – 2,5 min ton (+66,7 faiz) Teqlər: "Tikinti materiallar\u0131n\u0131n istehsal\u0131 art\u0131b"