Menyu

Son 10 ildə Azərbaycanda nəqliyyat sektorunda daşınmış yüklərin ümumi həcmi

Son 10 ildə Azərbaycanda nəqliyyat sektorunda daşınmış yüklərin ümumi həcmi
1 dəq oxu

Bu il nəqliyyat sektorunda daşınmış yüklərin ümumi həcmi son 10 illə müqayisədə 7 faizdən çoxdur.

Ötən il Azərbaycanda nəqliyyat sektorunda daşınmış yüklərin ümumi həcmi 238,843 milyon ton olub.

Operativ Media-nın  Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə, 8,946 milyon ton və ya 3,9%, son 10 ilin göstəriciləri ilə müqayisədə isə 16,470 milyon ton, yaxud da 7,4% çoxdur.

Belə ki, Azərbaycanda nəqliyyat sektorunda daşınmış yüklərin ümumi həcmi 2023-cü ildə 229,897 milyon ton, 2015-ci ildə isə 222,373 milyon ton olub.

Əlaqəli Xəbərlər