21 Fevral 2025, 15:48
Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar
Səfərdə 17 ölkəni təmsil edən 22 hərbi attaşe iştirak edib.
Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar şəkil
Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin Aviasiya Təmir Zavoduna tanışlıq səfəri təşkil edilib.

Operativ Media xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Səfərdə 17 ölkəni təmsil edən 22 hərbi attaşe iştirak edib. Qonaqlara əvvəlcə Aviasiya Təmir Zavodunun yaranma tarixi, inkişaf mərhələləri və hazırkı fəaliyyəti barədə ətraflı brifinq təqdim olunub. Bildirilib ki, zavodda hərbi aviasiya texnikasının texniki baxışı, təmiri və modernizasiyası həyata keçirilir. Həmçinin burada uzun illərin təcrübəsinə malik peşəkar mühəndislər, texniki işçilər və hərbi aviasiya sahəsində ixtisaslaşmış mütəxəssislər fəaliyyət göstərir.

Brifinqdən sonra hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Sonra nümayəndə heyəti zavodun istehsalat bölmələrini gəzərək təmir, modernizasiya və digər prosesləri əyani şəkildə izləyiblər. Qonaqlar zavodda görülən işləri birbaşa müşahidə etməkdən məmnun olduqlarını bildirərək, burada tətbiq olunan texnologiyaları və mütəxəssislərin peşəkarlığını yüksək qiymətləndiriblər.

İştirakçılar bu cür tədbirlərin beynəlxalq hərbi əməkdaşlığın möhkəmləndirilməsində və təcrübə mübadiləsində əhəmiyyətli rolundan danışaraq səfərin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildiriblər.

Son xəbərlər
Azərbaycan və Latviya vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb
İlham Əliyev Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimində iştirak edib
"Araz-Naxçıvan"ın qapıçısı Moldova millisə çağırıldı
Macarıstanda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında maraqlı anlar yaşanıb
21 May 2025, 13:50
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası başlayıb - YENİLƏNİB - 3
AFFA Premyer Liqa klublarını cərimələdi
TDT-nin qeyri-rəsmi Zirvə görüşündə bir sıra sənədlərin imzalanması mərasimi olub
Lavrov "3+3" formatında görüşün Ermənistan və Azərbaycanda keçirilməsini təklif edib