İstismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir

admin
İstismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir
Ölkədə istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir.

Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir.

Operativ Media Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, Fərmanın icrasına başlanıldığı dövrdən 1 fevral 2025-ci il tarixinədək ümumilikdə 14 852 yerquruluşu planı hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. İstismara icazə sənədi almış 2 037 qeyri-yaşayış obyektinə dövlət reyestrindən çıxarış verilib.

Qeyd edək ki, Fərmanın icrası çərçivəsində çıxarış verilən qeyri-yaşayış obyektləri daha çox Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşir.

Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına şərait yaradır. Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından xüsusi önəm kəsb edir.

Digər xəbərlər