SOCAR və Pakistan enerji sahəsində əməkdaşlığı genişləndirməyi müzakirə edib
Əsəd Abbaslı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistanın enerji şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.
Operativ Media xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Müzakirələr R. Nəcəfin Pakistanın özəlləşdirmə, nəqliyyat və investisiya naziri Aleem Khan ilə görüşü zamanı aparılıb.
“SOCAR və Pakistanın enerji şirkətləri arasındakı mövcud tərəfdaşlıqdan məmnunluğumuzu ifadə etdik. Görüş çərçivəsində birgə layihələrin icrası və enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirdik, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - R. Nəcəf bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net