Menyu

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını artırıb

Nərmin Qocamanlı
Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını artırıb
1 dəq oxu

Ötən ay Gürcüstan 335 milyon kilovatsaat elektrik enerjisi alıb.

Yanvar ayında Gürcüstanın elektrik enerjisi idxalı iki dəfə artıb.

Operativ Media Gürcüstan mətbuatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk ayında ölkə 8,7 milyon dollara 335 milyon kilovatsaat elektrik enerjisi alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 109 faiz çoxdur.

Məlumata görə, idxalın 57%-i Rusiyadan, 43%-i Azərbaycandan daxil olub.

2024-cü ildə elektrik enerjisi idxalı illik müqayisədə 55% artaraq 1,3 milyard kVt/saat təşkil edib.
 

Əlaqəli Xəbərlər