Həmas İsrail məhbusları azad edənə qədər danışıqlardan imtina edib
Həmas İsrail məhbusları azad edənə qədər vasitəçilərlə danışıqlardan imtina etdiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə hərəkatın yüksək vəzifəli rəsmisi Mahmud Mərdavi bildirib.
“Altı israilli girovun müqabilində razılaşdırılmış məhbuslar azad edilənə qədər vasitəçilər vasitəsilə heç bir danışıqlar olmayacaq”, - deyə o bildirib.
Qeyd edək ki, altı israilli girovdan ibarət daha bir qrup Həmas tərəfindən şənbə günü azad edilib. Bunun müqabilində İsrail 600-dən çox fələstinli məhbusu həbsdən azad etməli idi, lakin bu baş tutmayıb.
Teqlər:
"H\u0259mas \u0130srail m\u0259hbuslar\u0131 azad ed\u0259n\u0259 q\u0259d\u0259r dan\u0131\u015f\u0131qlardan imtina edib"