Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi artıb

admin
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi artıb
Dövlət Gömrük Komitəsi: Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi artıb.

Bu ilin yanvar ayında Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 483,3 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Operativ Media Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin yanvar ayındakı göstərici ilə müqayisədə 7,8 milyon ABŞ dolları və ya 1,6% çoxdur.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,49%-i həcmində olub.

Cari ilin yanvarında Azərbaycandan Türkiyəyə 308,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 3,1 milyon ABŞ dolları və ya 1% çoxdur. Dövr ərzində Türkiyə ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 10,14%-ni təşkil edib.

Hesabat ayında Azərbaycan Türkiyədən məhsul idxalını illik müqayisədə 4,7 milyon ABŞ dolları və ya 2,8% artıraraq 175,2 milyon ABŞ dollarına çatdırıb.

Dövr ərzində Türkiyə ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 8,54%-ni təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.

Digər xəbərlər