Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının sürətləndirilməsi bütün regionun xeyrinədir
Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə olunması prosesinin sürətləndirilməsi bütün region ölkələrinin mənafeyi istiqamətindədir.
Operativ Media-nın məlumatına görə, bunu İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif bu gün (24 fevral) Tehranda Ermənistanın İrandakı səfiri Qriqor Hakupyanla görüşdə deyib.
Onun sözlərinə görə, regional məsələlərin həlli üçün regional potensialdan faydalanmaq mümkündür.
Zərif qeyd edib ki, eləcə də regional əməkdaşlığın inkişaf etdirilməsi və qanun-qaydalar çərçivəsində kommunikasiya xətlərinin istifadəyə verilməsi diqqət mərkəzində saxlanıla bilər.
Görüşdə iki tərəf üçün maraq doğuran məsələlər diqqət mərkəzində saxlanılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net