Menyu

ABŞ: Ukraynanın NATO-ya üzv olacağı vəziyyət mümkün deyil

Əsəd Abbaslı
ABŞ: Ukraynanın NATO-ya üzv olacağı vəziyyət mümkün deyil
1 dəq oxu

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts, Birləşmiş Ştatların Ukraynanın NATO üzvü olacağı bir vəziyyəti görmədiyini bildirib.

Operativ Media xəbər verir ki, Uolts Fox News-a verdiyi müsahibədə "ABŞ-nin Ukraynanı NATO üzvü etməsi və dərhal Beşinci Maddə üzrə öhdəlik götürməsi, yəni Birləşmiş Ştatların qoşunlarını birbaşa Ukraynanın müdafiəsinə cəlb etməsi vəziyyətini görmürəm" - deyə qeyd edib.

O, ABŞ-nin Şimali Atlantika Alyansına və NATO-nun fəaliyyət göstərən üzvləri ilə bağlı Beşinci Maddəyə sadiq olduğunu vurğulayıb.

Əlaqəli Xəbərlər