Menyu

Makron: Rusiya aktivlərinin müsadirəsi beynəlxalq hüquqa ziddir

Əsəd Abbaslı
Makron: Rusiya aktivlərinin müsadirəsi beynəlxalq hüquqa ziddir

Fransa prezidenti Emmanuel Makron, Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirə edilməsinin beynəlxalq hüquqa zidd olduğunu bildirib.

Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, bu addımın beynəlxalq hüququn pozulmasına səbəb olacağını və Fransa olaraq beynəlxalq hüquqa hörmət etməyə davam edəcəklərini qeyd edib.

"Zəmanət verilən aktivlərdən gəlir əldə etmək mümkündür, amma aktivlərin özünü almaq mümkün deyil. Bu, beynəlxalq hüquqa ziddir və biz onu qorumaq istəyirik", - deyə Makron Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə keçirdiyi görüşdə açıqlama verib. 

Teqlər:

"Makron: Rusiya aktivl\u0259rinin m\u00fcsadir\u0259si beyn\u0259lxalq h\u00fcquqa ziddir"

Əlaqəli Xəbərlər