Kolumbiyada hərbi maşının uçuruma düşməsi nəticəsində 9 nəfər ölüb
Əziz Əzizli
Narino inzibati bölgəsindəki Barbacoas şəhərinin La Kolumpia bölgəsində hərbi maşın 100 metrlik uçurumdan aşıb.
"Operativ Media" xəbər verir ki, qəzada 9 əsgər həyatını itirib, 20 əsgər isə yaralanıb.
Ordu komandanı general Luis Emilio Cardozo Santamaria, mülki müdafiəyə dəstək və köməyə görə təşəkkür edib və qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya başlanıldığını açıqlayıb.
Kolumbiya prezidenti Qustavo Petro da sosial media hesabından qəzada həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net