Aqrar Sığorta Fondunun aktivləri 3 dəfədən çox artıb
Nərmin Qocamanlı
Hər il 450 min hektar ərazi sığortalanır və bu göstəricidə hər il artım qeydə alınır.
Operativ Media xəbər verir ki, bu sözləri Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov “Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, ölkədə əkinəyararlı ərazilərin 96 faizi sığorta üçün əlçatandır.
“Aqrar Sığorta Fondunun nizamnamə kapitalı 9 milyon manat təşkil edir və aqrar sığorta sisteminin 4-5 il ərzində fəaliyyəti nəticəsində aktivlər 9 milyondan 30 milyon manata qədər artıb. Sistemin dayanıqlığı prizmasından bu, vacib mesajdır”, - deyə o bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net