Bu il qızıl və gümüş hasilatında artım var

admin
Bu il qızıl və gümüş hasilatında artım var
Ötən illə müqayisədə qızıl və gümüş hasilatında artım var.

Bu ilin yanvar ayında ölkədə 236,2 kq qızıl və 375,8 kq gümüş hasil edilib.

Operativ Media Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricilərinə nisbətdə qızıl hasilatı 88,5 faiz və ya 110,9 kq, gümüş hasilatı isə 32,5 faiz və ya 92,3 kq artıb.

Cari ilin fevral ayının 1-nə qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 207,4 kq və 625,9 kq təşkil edib.

Digər xəbərlər