Menyu

Türkiyədə keçirilmiş terror aktının iştirakçılarından biri saxlanılıb

Əsəd Abbaslı
Türkiyədə keçirilmiş terror aktının iştirakçılarından biri saxlanılıb

Türkiyənin Reyhanlı şəhərində törədilən terror aktının iştirakçılarından biri tutulub.

Operativ Media xəbər verir ki, Temir Dükancı Milli Kəşfiyyat İdarəsinin (MİT) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

O, Suriya-Livan sərhədində saxlanılaraq Türkiyəyə gətirilib.

Məlumata görə, terrorçu Suriyadan Livana qaçmaq istəyirdi.

Qeyd olunub ki, narıncı bülletenlə axtarılan terrorçu ölkədə baş verən son proseslər fonunda Suriyadan Livana qaçmaq istəyirdi.

Xatırladaq ki, 2013-cü ildə Reyhanlıda törədilən terror aktı nəticəsində 53 nəfər həlak olmuşdu. T.Dükancı həmin hadisədə iştirak edib. O, partlayıcı maddələrin Türkiyəyə gətirilməsinə kömək edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər