Menyu

Serbiyada USAID-in vəsaitlərinin istifadəsi ilə bağlı araşdırmalar aparılır

Əsəd Abbaslı
Serbiyada USAID-in vəsaitlərinin istifadəsi ilə bağlı araşdırmalar aparılır

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaitlərinin Serbiyadakı qeyri-hökumət təşkilatları tərəfindən sui-istifadəsi ilə bağlı araşdırmalara başlanılıb.

Operativ Media xəbər verir ki, Belqrad Baş Prokurorluğu bəzi qeyri-hökumət təşkilatları tərəfindən USAID vəsaitlərinin sui-istifadəsi şübhəsi ilə bağlı iş açdığını açıqlayıb. Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə üzrə Xüsusi Departamentinin göstərişi ilə polis 4 qeyri-hökumət təşkilatının ofislərində araşdırmalar aparıb.

Qeyd edək ki, Serbiya Prezidenti Aleksandar Vuçiç ötən gün ölkəsinin ABŞ Federal Təhqiqat Bürosuna USAID və Demokratiya üçün Milli Fondun (NED) Serbiya QHT-lərinin maliyyələşdirilməsi ilə bağlı araşdırmasında kömək edəcəyini açıqlamışdı.

Xatırladaq ki, USAID-in 2020-2024-cü illərdə Serbiyada 209 milyon dollar xərclədiyi bildirilir. Agentlik, həmçinin Serbiyada iş yerlərində müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarının inkişaf etdirilməsi layihələrinə 1,5 milyon dollar xərcləyib.

ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də USAID-in maliyyələşdirilməsini dayandırıb.

Teqlər:

"Serbiyada USAID-in v\u0259saitl\u0259rinin istifad\u0259si il\u0259 ba\u011fl\u0131 ara\u015fd\u0131rmalar apar\u0131l\u0131r"

Əlaqəli Xəbərlər