ABŞ Kərkük-Ceyhan neft kəmərinin tezliklə işə salınmasına tərəfdardır
ABŞ dövlət katibi Marko Rubio və İraqın baş naziri Məhəmməd əl-Sudani İraq və Türkiyə arasında neft kəmərinin yenidən işə salınmasının vacibliyini müzakirə ediblər.
Operativ Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
“Onlar İraqın enerji müstəqilliyinə nail olmasının, İraq-Türkiyə boru kəmərinin tezliklə yenidən işə salınmasının və İraqda fəaliyyət göstərən ABŞ şirkətlərinin müqavilə şərtlərinə əməl etməsinin vacibliyi ilə bağlı razılığa gəliblər”, - məlumatda bildirilib.
Bundan əvvəl Bağdad İraq Kürdüstanında hasil edilən neftin Kərkük-Ceyhan neft kəməri ilə Türkiyəyə ixracını bərpa etməyə hazır olduğunu bəyan edib.
Kərkük-Ceyhan boru kəməri ilə neft nəqli 2023-cü ilin martında Bağdadın beynəlxalq məhkəmədə İraq Kürdüstanı muxtar bölgəsindən neft ixracı ilə bağlı Türkiyəyə qarşı 2014-cü ildən davam edən prosesi qazanmasından sonra dayandırılıb. Bağdadın əsas iddiası Türkiyənin BOTAŞ neft-qaz şirkətinin İraq Kürdüstanından hasil edilən nefti İraq hökumətinin rəsmi icazəsi və razılığı olmadan dünya bazarına çıxarması ilə bağlı olub.
Teqlər:
"AB\u015e K\u0259rk\u00fck-Ceyhan neft k\u0259m\u0259rinin tezlikl\u0259 i\u015f\u0259 sal\u0131nmas\u0131na t\u0259r\u0259fdard\u0131r"