ABŞ Kərkük-Ceyhan neft kəmərinin tezliklə yenidən işə salınmasını tələb edib
ABŞ dövlət katibi Marko Rubio və İraqın baş naziri Məhəmməd əl-Sudani arasında görüş keçirilib.
Operativ Media xəbər verir ki. bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, görüşdə İraq və Türkiyə arasında neft kəmərinin yenidən işə salınmasının zəruriliyini müzakirə ediblər.
“Onlar İraqın enerji müstəqilliyinə nail olmaq, İraq-Türkiyə boru kəmərini tez bir zamanda yenidən işə salmaq və İraqda fəaliyyət göstərən Amerika şirkətlərinin müqavilə şərtlərinə əməl etmək lazım olduğuna dair razılığa gəliblər”, - deyə məlumatda qeyd olunub.
Eyni zamanda İraq Kərkük-Ceyhan neft kəməri ilə Türkiyəyə ixracını bərpa etməyə hazır olduğunu bəyan edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net