“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask dünyanın ən varlı adamları reytinqinə növbəti dəfə başçılıq edib.
Operativ Media xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri məlumat yayıb.
2025-ci ilin fevralına olan göstəricilərə görə sərvəti 419,4 milyard dollar olaraq qiymətləndirilən İlon Mask dünyanın ən varlı adamı olaraq qalıb.
Amerika onlayn pərakəndə satış şirkəti Amazon-un yaradıcısı Ceff Bezos (263,8 milyard dollar) ikinci yer, Fransız lüks mallar istehsalçısı LVMH-nin sahibi Bernard Arnault (238,9 milyard dollar) üçüncü yer, Amerika proqram təminatı istehsalçısı Oracle korporasiyasının həmtəsisçisi Larri Ellison isə (237 milyard dollar) dördüncü yerdə qərarlaşıb.