Ötən ay 1,9 min tondan çox mis filizləri və konsentratları ixrac olunub

admin
Ötən ay 1,9 min tondan çox mis filizləri və konsentratları ixrac olunub
Yanvar ayında 1,9 min tondan çox mis filizləri və konsentratları ixrac olunub.

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar ayında ölkədən 2,4 milyon ABŞ dolları dəyərində 1,9 min tondan çox mis filizləri və konsentratları ixrac olunub.

Operativ Media Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 7,1 dəfə, həcm baxımından isə 10,4 dəfədən çoxdur.

Ümumilikdə cari ilin ilk ayında ölkədən 228,4 milyon dollarlıq Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib. Hesabat dövründə mis filizləri və konsentratlar ixracının xüsusi çəkisi 1,05 faizə bərabər olub.

Digər xəbərlər