Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına can atır.
Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına can atır.
Operativ Media xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Ankarada türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
“Danışıqlar zamanı H.Fidan son dərəcə mühüm layihələri - dəmir yolları, boru kəmərləri və bizim də inkişaf etdirmək niyyətində olduğumuz digər təşəbbüsləri qeyd etdi. Bu kontekstdə Gürcüstan Orta Dəhlizin inkişafına böyük əhəmiyyət verir. TBNM əməkdaşlığımız üçün yeni perspektivlər açır, ölkələrimiz arasında iqtisadi, o cümlədən nəqliyyat əlaqələrinin möhkəmlənməsinə töhfə verir. Əminəm ki, bütün bu layihələr ikitərəfli əməkdaşlığı gücləndirməklə yanaşı, regional qarşılıqlı fəaliyyətin inkişafına da töhfə verəcək”, - o bildirib.
M.Boçorişvili qeyd edib ki, Gürcüstan sülh içində əməkdaşlıq konsepsiyasını qətiyyətlə dəstəkləyir və regionda tərəfdaşlığın daha da möhkəmlənməsinə inanır.
Teqlər:
"G\u00fcrc\u00fcstan Transx\u0259z\u0259r Beyn\u0259lxalq N\u0259qliyyat Mar\u015frutunun inki\u015faf\u0131na can at\u0131r."