Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan, Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Danışıq zamanı tərəflər, Ermənistan ilə Avropa İttifaqı arasındakı siyasi dialoq və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Nazirlər, əməkdaşlıq mexanizmləri vasitəsilə konkret və ardıcıl nəticələrin əldə edilməsi üçün birgə səylərin əhəmiyyətini vurğulayıblar.
Telefon danışığı zamanı həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər də müzakirə edilib.
Teqlər:
"Mirzoyan Kaya Kallas il\u0259 telefon dan\u0131\u015f\u0131\u011f\u0131 apar\u0131b"