Menyu

Paşinyan: Azərbaycanla sülh müqaviləsinin iki bəndi razılaşdırılmamış qalır

Əsəd Abbaslı
Paşinyan: Azərbaycanla sülh müqaviləsinin iki bəndi razılaşdırılmamış qalır
1 dəq oxu

Bakı ilə sülh müqaviləsi layihəsinin iki maddəsi razılaşdırılmamış qalır.

Operativ Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

"Çoxlu nüanslar var. Xüsusilə, tərəflər, o cümlədən sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyiblər. Eyni zamanda, Bakı hələ də blokadanın açılması ilə bağlı İrəvanın təklifinə rəsmi cavab verməyib" , - Paşinyan jurnalistlərlə söhbəti zamanı deyib.

Paşinyan həmçinin bildirib ki, Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirilmiş mexanizmlərlə bərpa etməyə hazırdır.

Paşinyan əlavə edib ki, sülh müqaviləsinin 15 bəndi razılaşdırılıb.

Əlaqəli Xəbərlər