Tramp: ABŞ-nin Ukraynadakı əsas məqsədi yardıma xərclənən vəsaiti geri qaytarmaqdır
Əsəd Abbaslı
ABŞ-nin Ukraynadakı əsas məqsədi qan tökülməsinə son qoymaq, Kiyevə yardıma xərclənən vəsaiti geri qaytarmaqdır.
Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə kabinetinin ilk iclasında deyib.
Tramp vurğulayıb:
"Mən bunu iki səbəbə görə edirəm. Birinci səbəb insanların öldürülməsini dayandırmaqdır. İkinci Ukraynaya bir daha pul ödəməməkdir, çünki ABŞ-nin 46-cı prezidenti Cozef Bayden 350 milyard dolları geri almaq şansı olmadan xərcləyib. İndi biz bu pulların hamısını və daha çoxunu geri alacağıq".
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma