Energetika Naziri Pərviz Şahbazov Somali Federativ Respublikasının neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed ilə enerji tərəfdaşlığının qurulması üçün imkanları dəyərləndirib.
Operativ Media xəbər verir ki, bu barədə Pərviz Şahbazov öz "X" hesabında paylaşım edib.
Görüş çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu imzaladıb.
"Bu sənəd, neft və qaz layihələri sahəsində Azərbaycanın zəngin təcrübəsindən faydalanmaqla əməkdaşlığın inkişafı üçün mühüm bir addımdır", - deyə nazir qeyd edib.
Şəkil Qalereyası

