2024-cü il ərzində daşınmaz əmlak üzərində 378 495 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Operativ media İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, bu göstəricinin 64 454-ü (17 faizi) ilkin, 314 041-i isə (83 faizi) isə təkrar qeydiyyatın payına düşür.
Hesabat ilində fərdi yaşayış və bağ evi üzərində – 63 006, mənzil üzərində – 85 938, torpaq sahəsi – 216 583, qeyri-yaşayış binası – 3 397, qeyri-yaşayış sahəsi – 8 684, əmlak kompleksi – 826, çoxmərtəbəli yaşayış binası üzərində isə 61 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 96 268-i (25,4 faizi) Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Bununla yanaşı, ötən il 286 092 texniki pasport tərtib edilib, 73 809 ipoteka müqaviləsi qeydiyyata alınıb.