Avropa İttifaqının sammitində Ukraynaya təhlükəsizlik zəmanəti müzakirə olunacaq
Avropa İttifaqı ölkələrinin liderləri Ukrayna üçün təhlükəsizlik zəmanətini və suveren müdafiə tədbirlərini müzakirə etmək üçün martın 6-da fövqəladə sammitə toplaşacaqlar.
Operativ Media xəbər verir ki, Avropa İttifaqı Şurasının rəhbəri Antonio Koşta bu barədə Aİ ölkələrinin liderlərinə dəvət məktubunda yazıb. Məktubun mətni onun mətbuat xidməti tərəfindən dərc olunub.
“İştirakçılar Avropanın cari və gələcək təhlükəsizlik çağırışlarına daha effektiv və daha yaxşı hazırlaşması üçün ilkin qərarlar qəbul etmək məqsədilə “Avropa müdafiəsi” layihəsini müzakirə edəcəklər”, - deyə Antonio Koşta bildirib.
O, eyni zamanda qeyd edib ki, Avropa İttifaqı uzunmüddətli sülhü təmin etmək məqsədilə Ukrayna üçün zəruri təhlükəsizlik zəmanətinə töhfə verməyə hazır olmalıdır.