Menyu

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta Aİ liderlərini və Ukrayna Prezidenti Volodimir Zelenskini Avropa Şurasının martın 6-da Brüsseldə keçiriləcək xüsusi iclasında iştiraka dəvət edib.

Operativ Media  xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Aİ Şurasının prezidentinin dəvət məktubuna istinadən məlumat yayıb.

“Sizi martın 6-da Avropanın müdafiəsinə və Ukraynaya həsr olunacaq xüsusi iclasa dəvət etmək istərdim. Mən Prezident Zelenskini son hadisələri müzakirə etmək üçün Avropa Şurasının iclası münasibətilə Brüsselə dəvət etdim”, - sənəddə qeyd edilib.

Onun sözlərinə görə, sammitin əsas məqsədi fevralın 3-də başlayan müzakirənin davamı olacaq: "O, Avropa liderlərinə sürətli qərarlar qəbul etməyə imkan verməlidir. Bu qərarlar Avropanı daha suveren, bacarıqlı etməlidir".

Teqlər:

"Ko\u015fta Zelenskini A\u0130 liderl\u0259rinin sammitin\u0259 d\u0259v\u0259t edib"

Əlaqəli Xəbərlər