Menyu

Azərbaycan iqtisadiyyatına investisiya edən ölkələrin adları açıqlanıb

Azərbaycan iqtisadiyyatına investisiya edən ölkələrin adları açıqlanıb

2024-cü il ərzində xarici maliyyə mənbələrindən əsas kapitala 3,3 milyard manat investisiya olunub.

Operativ Media xəbər verir ki,  bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.
Qeyd edilir ki, xarici mənbələrdən əsas kapitala yönəldilən investisiya ümumi investisiyanın dəyərinin 15,3 faizini təşkil edib.

Dövr ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin 94,7 faizi Birləşmiş Krallıq, Türkiyə, ABŞ, İsveçrə, Yaponiya, Rusiya, Norveç, İran, BƏƏ, Hindistan, Fransa, Qırğızıstan və Macarıstan sərmayədarlarına məxsus olub.

Azərbaycan iqtisadiyyatına investisiya yatıran ölkələr sırasında həm ənənəvi xarici tərəfdaşları, həm də qlobal arenada müxtəlif regionlardan olan investorlar iştirak edir. Bu da ölkə iqtisadiyyatının qlobal iqtisadiyyata inteqrasiyasının dərinliyini və qlobal investorlar tərəfindən ölkəyə olan marağı əks etdirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər