Xocalı faciəsi qurbanlarının xatirəsi Gürcüstanın regionlarında ehtiramla yad olunub
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Gürcüstanın əksər bölgələrində anım mərasimləri, fotosərgilər, fləşmoblar təşkil olunub.
Operativ Media xəbər verir ki, Dmanisi rayonundakı “Dmanisi Tədris Mərkəzi”ndə, Marneulidəki Azərbaycanlıların İnteqrasiya Mərkəzində, Bolnisidə "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzin"də, Qardabani Təhsil və İnteqrasiya Mərkəzində, Rustavi Təhsil və Mədəniyyət Mərkəzində, Laqodexi rayonunun “Qabal İnkişaf Mərkəzi”ndə müəllim və şagirdlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda anım mərasimləri təşkil olunub.
Tədbirlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Şəfəq Binnətova, Azərbaycan səfirliyinin məsul əməkdaşları Ramiz Hacızadə, Röyal Paşayev, Cavid Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.
Anım tədbirlərində şəhidlərimizin z xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.
Teqlər:
"Xocal\u0131 faci\u0259si qurbanlar\u0131n\u0131n xatir\u0259si G\u00fcrc\u00fcstan\u0131n regionlar\u0131nda ehtiramla yad olunub"