Azərbaycan Somali ilə enerji tərəfdaşlığını müzakirə edib

admin
Azərbaycan Somali ilə enerji tərəfdaşlığını müzakirə edib
Bu gün Azərbaycan Somali ilə enerji tərəfdaşlığını müzakirə edib.

Azərbaycan və Somali arasında ikitərəfli iqtisadi əlaqələrin təşviqi və enerji sahəsində potensial tərəfdaşlıq imkanları müzakirə olunub.

Operativ Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat nazirinin müavini Anar Axundov Somalinin neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə görüşündə aparılıb.

Tərəflər iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin inkişafına dəstək məqsədilə təmasların davam etdirilməsinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.

Digər xəbərlər