Menyu

Şimali Koreya strateji qanadlı raketləri sınaqdan keçirib

Əziz Əzizli
Şimali Koreya strateji qanadlı raketləri sınaqdan keçirib

Şimali Koreya lideri Kim Çen In raket sınağını yerində müşahidə edib.

"Operativ Media" bu haqda Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir.

Strateji qanadlı raketlərin fevralın 26-da ölkənin qərbindən buraxıldığı və sınağın “ölkənin təhlükəsizliyini təhdid edən düşmənlərə qarşı nüvə hücumu imkanlarını nümayiş etdirmək” məqsədi ilə həyata keçirildiyi bildirilib.

Kim hərbçiləri “nüvə silahından istifadə etməyə hazır olmağa” çağırıb.

Raket sınaqları ilə tez-tez gündəmə gələn Şimali Koreya dənizdən quruya strateji qanadlı raketlərini sonuncu dəfə yanvarın 26-da sınaqdan keçirib.

Şimali Koreya yanvarın 7-də də yeni tip orta mənzilli hipersəs ballistik raketi sınaqdan keçirdiyini açıqlayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər