Menyu

Almaniya Prezidentinin Latın Amerikasına səfəri başlayıb

Almaniya Prezidentinin Latın Amerikasına  səfəri başlayıb

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer fevralın 28-də Latın Amerikası regionuna yeddigünlük səfəri başlayır.

Opertaiv Media  Almaniya Prezidentinin rəsmi səhifəsinə istinadla xəbər verir ki, martın 6-dək davam edəcək səfər Uruqvaydan başlayacaq.

Prezident Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender martın 2-dək bu ölkədə səfərdə olacaqlar. Səfər çərçivəsində dövlət başçısı Uruqvay Prezidenti Yamandu Orsinin vəzifəyə başlaması mərasimində və rəsmi qəbulda iştirak edəcək. Ertəsi gün isə dövlət başçılarının görüşü nəzərdə tutulub.

Martın 2-də Paraqvaya səfər edəcək Almaniya Prezidenti bu ölkə üzrə ekspertlərlə görüşəcək, Milli Qəhrəmanlar Panteonunu ziyarət edəcək. Sonra rəsmi qarşılanma mərasimi, Paraqvay Prezidenti Pena Palasios ilə görüş və birgə mətbuat konfransı təşkil olunacaq. Dövlət başçısına UNESCO-nun mədəni irs siyahısına daxil olan Quarania musiqisi də təqdim ediləcək.

Teqlər:

"Almaniya Prezidentinin Lat\u0131n Amerikas\u0131na s\u0259f\u0259ri ba\u015flay\u0131b"

Əlaqəli Xəbərlər