AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 24-cü turunda keçirilən oyunlarla bağlı qərarlarını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, komitə 4 klubu cərimələyib.
“Neftçi” – “Sumqayıt” oyununda qonaqların, “Şamaxı” – “Turan Tovuz” görüşündə meydan sahiblərinin 4 futbolçusu, “Araz-Naxçıvan” – “Səbail” qarşılaşmasında isə birincilərin 5 üzvü sarı vərəqə aldığı üçün adıçəkilən komandaların hər biri 700 manat cərimə olunub.
“Qarabağ” – “Sabah” matçında isə Əsasnamənin tələbləri pozulub. Bu səbəbdən “Qarabağ” 500 manat cəriməyə məruz qalıb.