Menyu

AB Hindistanla ən böyük ticarət sazişini bağlayacaq

AB Hindistanla ən böyük ticarət sazişini bağlayacaq

Avropa Birliyi və Hindistan 2025-ci ildə azad ticarət sazişi bağlamaq niyyətindədir.

Operativ Media  xəbər verir ki, bu barədə “Blumberq” Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə istinadla məlumat yayıb.

O, bu sazişi dünyada bu tip ən böyük sövdələşmə adlandırıb.

Nəşr yazır ki, Yeni Dehli və Brüssel bu barədə 2007-ci ildən danışıq aparırlar. 2013-cü ildə tərəflərin Avropa avtomobillərinə, şərablara, süd məhsullarına və s. tariflərin aşağı salınması kimi məsələlərdə irəliləyiş əldə edə bilməməsindən sonra proses dayandırılmışdı. Danışıqlar yenidən 2022-ci ildə bərpa olunub.

Teqlər:

"AB Hindistanla \u0259n b\u00f6y\u00fck ticar\u0259t sazi\u015fini ba\u011flayacaq"

Əlaqəli Xəbərlər