Menyu

Azərbaycan və Xorvatiya "yaşıl enerji" əməkdaşlığı imkanlarını müzakirə edib

Əsəd Abbaslı
Azərbaycan və Xorvatiya "yaşıl enerji" əməkdaşlığı imkanlarını müzakirə edib

Azərbaycan və Xorvatiya arasında "yaşıl enerji" sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. 

Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. 

Onun sözlərinə görə, müzakirələr Xorvatiyanın ətraf mühitin mühafizəsi və yaşıl keçid naziri Mariya Vuçkoviçlə görüşdə baş tutub. 

"Görüşdə ölkələrimizin mühüm tərəfdaşlıq istiqaməti olan energetika sahəsində birgə fəaliyyətin şaxələndirilməsi barədə fikir mübadiləsi apardıq. “Yaşıl enerji"yə keçid və səmərəli iqlim fəaliyyətini dəstəkləyən təşəbbüslər üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirdik,” – deyə nazir qeyd edib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər