28 Fevral 2025, 18:50
Azərbaycan Ordusunda daşqaldırma birinciliyi keçirilib
Azərbaycan Ordusunda hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib.
Azərbaycan Ordusunda daşqaldırma birinciliyi keçirilib şəkil
Azərbaycan Ordusunda daşqaldırma birinciliyi keçirilib

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bağlanış mərasimində Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Birdən və təkanla qaldırma üzrə 43 nəfər hərbi qulluqçunun 6 çəki dərəcəsində mübarizə apardığı yarışda ümumilikdə 8 komanda iştirak edib.

Yekun nəticələrə əsasən “Quru Qoşunları” komandası birinci, “Hərbi Hava Qüvvələri” komandası ikinci, “Heydər Əliyev adına Hərbi İnstitutun” komandası isə üçüncü yerə layiq görülüb.

Sonda qalib komandalara mükafatlar təqdim olunub.

Son xəbərlər
Göyçayda piyadanı maşın vurub
Orban: Ukraynanın AB-yə üzvlüyü ən böyük təhlükədir
"Qalatasaray" 25-ci çempionluğunu qazandı
Gendelman: İsrail Qəzzanın dərinliklərinə irəliləyir
Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
Pezeşkian Qriqoryanla görüşüb
Azərbaycan PL: "Qarabağ" "Kəpəz"məğlub etdi
Hikmət Hacıyev İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb