28 Fevral 2025, 19:25
"Dərin qar və şiddətli soyuqlarda döyüş" mövzusunda təlim keçirilib - VİDEO
Aşkar edilən "düşmən"in təxribat-diversiya qrupu yüksək peşəkarlıq nümayiş edirilməklə zərərsizləşdirilib.
"Dərin qar və şiddətli soyuqlarda döyüş" mövzusunda təlim keçirilib - VİDEO şəkil
"Dərin qar və şiddətli soyuqlarda döyüş" mövzusunda təlim keçirilib - VİDEO

Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə "Dərin qar və şiddətli soyuqlarda döyüş" mövzusunda təlim keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin ssenarisinə əsasən, bölmələr şərti düşmənin təxribat-diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Kəşfiyyat məlumatları əsasında düşmən sığınacaqlarının koordinatları dəqiqləşdirildikdən sonra dəniz piyadaları dərin qarla örtülmüş meşəlik ərazidə təyin olunan istiqamətdə irəliləyiblər.

Aşkar edilən "düşmən"in təxribat-diversiya qrupu yüksək peşəkarlıq nümayiş edirilməklə zərərsizləşdirilib.

Uğurlu döyüş əməliyyatlarında qazanılmış təcrübənin tətbiqi ilə əlverişsiz ərazi və sərt iqlim şəraitində şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək səviyyədə icra edilib.

Son xəbərlər
Vyetnamın Baş prokurorunun müavini: "Bakı şəhərində keçirilən görüşdə iştirak etmək bizim üçün böyük şərəfdir"
Macarıstan Azərbaycanla əməkdaşlıq sayəsində qlobal neft-qaz bazarında mövqelərini gücləndirir
Macarıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Sabirabadda 16 yaşlı qız öldürülərək Kürə atılıb
Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər
İranın müdafiə naziri Ermənistana səfər edib
Viktor Orban: Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub
Yurgen Klopp "Roma"nı çalışdırmayacaq