Dünya reytinqi: Şəhriyar Məmmədyarov irəlilədi, Teymur Rəcəbov gerilədi
Əziz Əzizli
Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.
"Operativ Media" xəbər verir ki, 9 pillə irəliləyən qrossmeysterimiz 2748 xalla 11-ci pillədə qərarlaşıb. Üç addım geriləyən Teymur Rəcəbov (2692) 35-ci sırada yer alıb. Dörd pillə irəliləyən Rauf Məmmədov (2657) 67-cidir. Cədvələ 2833 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
Qadınların cədvəlində ən yaxşı təmsilçimiz dəyişib. İki pillə geriləyən Gövhər Beydullayeva (2400) 43-cü yerə ensə də, ölkənin birincisi olub. Günay Məmmədzadə 2396 xalla 51-cidir. Ülviyyə Fətəliyeva (2387) yeddi addım yüksələrək 57-ci pillədə qərarlaşıb. Xanım Balacayeva (2358) 4 pillə irəliləyərək 85-ci olub.
Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir – 2633 xal.
Teqlər:
"D\u00fcnya reytinqi: \u015e\u0259hriyar M\u0259mm\u0259dyarov ir\u0259lil\u0259di Teymur R\u0259c\u0259bov geril\u0259di"