Ana səhifə / Dünya / Moskvada ticarət mərkəzində atışma olub Moskvada ticarət mərkəzində atışma olub 02.03.2025, 19:21 Əsəd Abbaslı Moskva vilayətindəki “Krasnıy Kit” ticarət mərkəzində atışma baş verib. Operativ Media xəbər verir ki, ilkin məlumatlara görə, üç nəfər xəsarət alıb, ziyarətçilər küçəyə təxliyə edilib. Şahidlərin sözlərinə görə, ziyarətçilərdən birinin qara qutusu olub, onu mühafizəçilər saxlayıb. Bundan sonra münaqişə yaranıb və şəxs travmatik tapançadan atəş açıb. Daha sonra hadisə yerinə təcili tibbi yardım maşını və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Teqlər: "Moskvada ticar\u0259t m\u0259rk\u0259zind\u0259 at\u0131\u015fma olub"