Menyu

Qəzzaya humanitar yardımlar dayandırılıb

Əsəd Abbaslı
Qəzzaya humanitar yardımlar dayandırılıb

İsrail Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsi başa çatdıqdan sonra Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırıb.

Operativ Media xəbər verir ki, bu haqda Baş nazir Binyamin Netanyahunun ofisi açıqlama yayıb.

Netanyahunun bu gün səhər saatlarından etibarən Qəzza zolağına hər cür humanitar yardımın girişini dayandırmağa qərar verdiyi bildirilib.

Səbəb kimi razılaşmanın 42 günlük birinci mərhələsinin dünən başa çatması, İsrailin qəbul etdiyi danışıqların davam etdirilməsi ilə bağlı ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun layihəsini HƏMAS-ın qəbul etməməsi göstərilib.

Teqlər:

"Q\u0259zzaya humanitar yard\u0131mlar dayand\u0131r\u0131l\u0131b"

Əlaqəli Xəbərlər