Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada atəşkəsdən imtina edib.
Operativ Media xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.
Fox News telekanalına müsahibəsində o bildirib: "Oval kabinetdə Zelenski arabanı atın qarşısına qoyub dərhal ideyasını irəli sürməyə başladı. Komandalarımız fəal danışıqlar aparır və bu müharibəni bitirməyi hamıdan çox prezident Tramp istəyir. O, seçki kampaniyası zamanı bu barədə danışıb, lakin bu proses üçün özünəxməsus addımlara ehtiyac var, Prezident Zelenski isə hətta atəşkəsə belə razı deyil. Əgər siz müharibənin bitməsini istəyirsinizsə, hərbi əməliyyatların dayandırılması ilə necə razılaşmaya bilərsiniz?"
Lakin o, Zelenskinin atəşi dayandırmaqdan nə zaman imtina etdiyi ilə bağlı heç bir izahat verməyib.
Teqlər:
"A\u011f Ev: Zelenski Ukraynada at\u0259\u015fk\u0259sd\u0259n imtina edib"