Azərbaycan PL: "Səbail" "Şamaxı"ya, "Sumqayıt" "Qarabağ"a qarşı
Əziz Əzizli
Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start veriləcək.
"Operativ Media" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma oynanılacaq.
Günün ilk matçında "Səbail" "Şamaxı"nı qəbul edəcək. Matç saat 17:00-da start götürəcək.
Digər qarşılaşmada isə "Sumqayıt" və "Qarabağ" komandaları üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 19:30-da başlayacaq.